Məşhur rusiyalı xizəkçi Aleksandr Bolşunov beynəlxalq yarışlardan kənarda qalmalarına münasibətini bildirib. Sport24.az xəbər verir ki, üçqat Olimpiya çempionu 2026-cı ildə keçiriləcək Olimpiadada iştirak edə biləcəklərinə inandığını söyləyib: “Hazırda dünya kuboku və dünya çempionatında baş verənlər mənə maraqlı deyil. Yetər, onların nazı ilə oynadıq. İndi orada bizi gözləmirlər. Bu gün BOK-dan bir xəbər gəlir, sabah isə bu qurumun prezidenti Tomas Bax mövqeyini dəyişir. Ya da ona deyirlər ki, bunu söylə".
Bolşunov hesab edir ki, 2026-cı ildə keçiriləcək Olimpiadada iştirak edəcəklər: "Hər şeyin öz vaxtı var. Bu sözümü yadınızda saxlayın. Neytral statusda çıxış edə biləcəyimiz haqda isə heç nə deyə bilmərəm. Özünüz də yaxş bilirsiz ki, dünyada vəziyyət kiminsə bir çırtma çalması ilə dəyişir”.