Daha bir əcnəbi idmançı Rusiyadan olan atletlərin beynəlxalq yarışlarda iştirakına tərəfdar çıxıb. Sport24.az xəbər verir ki, bu dəfə biatlon üzrə 4 qat dünya çempionu Emilyen Jaklen bu ölkədən olan idmançıların kənarda qalmasının doğru olmadığını söyləyib: “Doğrusu, rusiyalı idmançıların nə vaxt yarışlara buraxılacağı haqda məndə heç bir informasiya yoxdu. Amma onlarla söhbət edəndə nə dərəcədə əziyyət çəkdiklərini görürüəm. Onların Ukraynadakı müharibəyə heç bir aidiyyatı yoxdur. İdman nöqteyi-nəzərindən də rusiyalı və belaruslu biatlonçuların Dünya Kubokunda iştirak etməməsi pisdi. Onlarsız bu yarışın marağı azalır. İdman dünyanı birləşdirmək üçündür. Ona görə də Rusiya və Belarusdan olan idmançıları Paris Olimpiadasında görmək istərdim. Bu baş versə, sübut edəcəyik ki, idman ictimaiyyəti bir yerdədir və münaqişələrdən daha yüksəkdəyik. Olimpiya dəyərləri dəyişilməzdir, bu da dünya üçün stimul olardı”.