“Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi Novak Cokoviç gələn il Parisdə keçiriləcək Olimpiadada iştirak etmək istəyir. Sport24.az xəbər verir ki, serbiyalı raketka ustası mətbuata açıqlamasında bunları söyləyib: “Olimpiya oyunlarını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həmin vaxt sağlam olacağam və Parisdəki Olimpiadada iştirak edə biləcəyəm. Yarış “Rolan Qarros”un torpaq kortlarında keçiriləcək. Ora mənə tanış kortdu".

Xatırladaq ki, Tokio Olimpiadasında Cokoviç yarımfinalda Aleksandr Zverevə məğlub olmuş və Yaponiyadan medalsız qayıtmışdı. 2016-cı ildə Rio de Janeyrodakı Olimpiya Oyunlarında serbiyalı tennisçi ilk mərhələdə mübarizəni dayandırmışdı. 2012-ci ildə London Olimpiadasında Cokoviç əvvəlcə yarımfinal, daha sonra 3-cü yer uğrunda oyunda da uğursuzluqla üzləşmişdi. Novakın Olimpiadalarda yeganə medalını 2008-ci ildə qazanıb. Pekində serbiyalı raketka ustası bürünc medalla kifayətlənmişdi.