Beynəlxalq Olimpiya Komitəsi  (BOK) Böyük Britaniya hökümətinin Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxılmaması üçün təzyiq vasitələrinə əl atmasından hiddətlənib. Sport24.az xəbər verir ki, Britaniya höküməti BOK-a sponsorluq edən nəhəng şirkətlərlə görüşərək onları Olimpiadanı boykot etməyə səsləyib.

Nəticədə Tomas Baxın rəhbərlik etdiyi qurum məsələ ilə bağlı bəyanat yayaraq Böyük Britaniya hökümətinə xəbərdarlıq edib: “Hansısa ölkə rəhbərlərinin hüququ deyil ki, BOK-a Olimpiadaya kimlərinsə buraxılıb-buraxılmaması ilə bağllə göstəriş versin. Bu idmanın sonu demək olardı. Britaniya höküməti idmanın toxunulmazlığına və BMT-nin qətnamələrinə hörmətlə yanaşmalıdı.

Bu məsələ ilə bağlı yalnız idman prinsipləri əsasında qərar qəbul edilməlidir. Bunu kimlərsə öz aralarında müzakirə edib qarşımıza tələb kimi qoya bilməz”