Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada keçirilən İcraiyyə Komitəsinin iclasında Rusiya və Belarus idmançılarının müəyyən məhdudiyyətlərdə Paris Olimpiadasına buraxılması təklifi dünya idman ictimaiyyəti tərəfindən böyük narazılığa səbəb olub. Sport24.az xəbər verir ki, hətt siyasi xadimlər belə bu addımına görə BOK-u tənqid edir

Belə ki, Polşanın baş naziri Mateuş Moravetski Tomas Baxın şərtləri ilə razılaşmadığını söyləyib: “BOK-un rusiyalı idmançıları Olimpiadaya qaytarmaq cəhdi qalmaqal və idman prinsiplərinə xəyanətdir. Mən idman nazirimiz Kamil Bortinçuka təklif verdim ki, bizim etirazımızı BOK-a rəsmi şəkildə çatdırsın. Biz əlimizdən gələni edəcəyik ki, idmanı Rusiya təsirindən xilas edək”.