Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı mümkün iştirakı ilə bağlı məsələyə martın 28-30 aralığında keçiriləcək iclasında baxacaq. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İclasın ilk günündə müxtəlif federasiyalar və komitələrin rəhbərləri ilə məsləhətləşmələr aparılacaq. Onların Paris Olimpiadasında iştirak edəcəyi halda, hansı statusda mübarizə aparacağı da gündəmə çıxarılacaq.

Xatırladaq ki, martın 10-dan artıq Beynəlxalq Qılıncoynatma Federasiyası Rusiya və Belarus idmançılarına öz bayrağı altında keçirilən turnirlərdə iştirak etməyə icazə verib.