Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında neytral statusda mümkün iştirakı ilə bağlı məsələlərə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, qurum hələ ki, belə qərar qəbul etmədikləri bağlı bəyanat yayıb: “Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında neytral bayraq altında iştirakı ilə bağlı heç bir qərar qəbul edilməyib. Hazırda bu məsələ yalınz Asiya Oyunları üçün keçərlidir. Amma BOK-un heç bir sənədində bununla bağlı xatırlatma yoxdur. Onların iştirakı edib-etməyəcəyi haqda isə konkret heç nə demək olmaz. Amma BOK-un neytral idmançıların statusu ilə bağlı konkret normaları var. Hələ ki, bəzi məsələlər öyrənilir”.
Xatırladaq ki, artıq 30-a yaxın ölkə Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında iştirakına qarşı çıxıb. Onları arasında Yay Olimpiadasını boykotla hədələyənlər də var.