Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax növbəti dəfə Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda neytral statusda çıxışı məsələsinə toxunub. Sport24.az xəbər verir ki, o, dövlət rəsmilərini idman qurumlarının yerinə qərar verməməyə çağırıb: “Avstraliya Açıq tennis turnirində ukraynalı tennisçinin Rusiyadan olan neytral statuslu tennisçi ilə oynadığını gördük. Həmin turniri neytral statuslu Belarus tennisçisi də qazandı. Bu, nə üçün üzgüçülük və gimnastika yarışlarında da başa verməsin?! BOK insan hüquqlarına xüsusi həssaslıqla yanaşır".

Vaxın sözlərinə görə, beynəlxalq yarışlarda iştirakına görə dövlət rəsmiləri idmançıların yerinə qərar qəbul etməməlidir. Belə yanaşma tərzi Olimpiada və dünya çempionatların sonunu gətirə bilər. Buna öyrəşməmişik”.