Peşəkar boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı tənqid edib. Sport24.az xəbər verir ki, bu qurumun rəhbərini Rusiyanın maraqlarını qorumaqda ittiham edib: “Bax müntəzəm olaraq Beynəlxalq Olimpiya Komitəsinin neytrallığından danışır. Amma onun özü neytral deyil. Tomas özü Rusiyanın maraqlarını müdafiə edir. Bax üçün olimpiya dəyərləri önəmli deyil. Halbuki indiki vəziyyətdə haqqın tərəfində olmalıdır. İdman, biznes və siyasasət bir-biri ilə sıx bağlıdır. Xüsusən də Olimpiya Oyunları həmişə siyasətin bir parçası olub. Rənglərdən, ağ rəngdən və neytral baytaqdan danışırsınızsa, almanların yaxşı bir məsəli var: “siz həmişə öz rənginizi göstəməlisiniz”.

Xatırladaq ki, bir müddət əvvəl Bax Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında neytral statusda iştirak etməsi təklifini irəli sürmüşdü.