Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb. Sport24.az xəbər verir ki, Roman 100 metr məsafəyə batterflay üsulunu 57.81 saniyəyə üzərək bütün rəqiblərini qabaqlayıb.

Bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və arxası üstə üzmədə birinci yeri tutub.