Son vaxtlar dünyanın aparıcı ölkələri Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxılmasına qarşı çıxır. Sport24.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın neytral statusla bağlı çağırışını sərt tənqidlə qarşılayanların sayı çoxdu.
Amma istisnalar da var. Belə ki, bugünlərdə Avstraliya İdman naziri Anika Uells BOK-un təklifini dəstəkləyib: “Ümumiyyətlə, bu çox çətin məsələdir. BOK barışdırıcı mövqeyə malik bir təşkilat sayılır. Hər halda, idman hamıya ümid verməlidir. Avstraliya Olimpiya Komitəsi BOK-un mövqeyini dəstəkləriyr. İdman bütün dünyanı birləşdirməlidir. İdmançılar ölkələrinin siyasətçilərinin addımlarına görə cəzalanadırılmamalıdır. Biz idmançıların milliyətinə görə diskrimansiya vəziyyəti yarada bilmərik”.