2030-cu ildə Qış Olimpiya Oyunlarının hansı şəhərdə keçiriləcəyi ilə bağlı tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi oktyabrın 14-dən 17-nə qədər Hindistanın Mumbay şəhərində keçiriləcək İcraiyyə Komitəsinin iclasında bu suala aydınlıq gətirəcək.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib. İndiki məqamda 2030-cu ildə Qış Olimpiadasını Kanadanın Vankuver və Uistler, həmçinin Yaponiyanın Sapparo və ABŞ-ın Solt-Leyk Siti şəhərləri təşkil etmək istəyir. Adı çəkilən şəhərlərin rəhbərliyi artıq BOK-a təşkilatçılıqla bağlı ərizə ünvanlayıb.
Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiadası Parisdə, 2026-cı ildə Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina d`Ampetso şəhərlərində, 2028-ci ildə Yay Olimpiadası isə Los Ancelesdə keçiriləcək.