8 fevral tarixində dünya idmanında maraqlı hadisələr yaşanıb. Sport24.az tarixin bu günündə baş verən ən önəmli hadisələri təqdim edir.

1958-ci ilin 8 fevralında Robert Djeyms Fişer 15 yaşında şahmat üzrə dünya çempionu olub. Keçmiş Yuqaslaviyanın Portoroje şəhərində keçirilən interzonal turnirə haqq qazandı. Keçmiş Yuqaslaviyada 2 matç keçirildi. Yanoşeviç və Matuloviçlə baş tutan görüşdə birincisi heç-heçə ilə, ikinci matç isə Fişerin qalibiyyəti ilə yekunlaşdı. Bu zona turnirində Fişer Beynəlxalq qrossmeyster normasını keçdiyindən o, 1958-ci ildə Boris Spasskinin 18 yaşında qazandığı rekordu təzələyərək 15 yaşında ən gənc qrossmeyster adını qazandı.

1992-ci ilin bu günündə Fransanın XVI Qış Olimpiya Oyunları start götürüb. Fransanın Albervil şəhərində təşkil edilən olimpiadaya fevralın 23-də yekun vurulub. Olimpiya Oyunlarının qalibi 10 qızıl, 10 gümüş və 6 bürünc medal qazanan Almaniya olub. İkinci yeri Birləşmiş komanda adı altında çıxış edən keçmiş SSRİ idmançıları tutub. Komanda 9 qızıl, 6 gümüş və 8 bürünc medal qazanıb. Üçüncü pillədə isə 9 qızıl, 6 gümüş və 5 bürünc medalla Norveç qərarlaşıb. 64 ölkədən ümumilikdə 1801 idmançı medallar uğrunda mübarizə aparıb. Olimpiya məşəlini isə Mişel Platini və dağ xizəkçisi Fransua Siril Qreyndj daşıyıb.

2015-ci ilin bu günündə isə Kot-d'İvuar millisi Afrika Millətlər Kubokunu qazanıb. Final mərhələsində Qana ilə keçirilən görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Nəticədə qalib 11 metrlik cərimə zərbələri ilə müəyyənləşdirilib. Kot-d'İvuar yığmasının 11 üzvü penalti zərbələri yerinə yetirib. Lakin ilk iki zərbəni yerinə yetirən Vilfrid Boni və Tallo çərçivəyə düşə bilməyiblər. İlk 5 penaltilərdə 3:3 hesabı qeydə alındığından komandalar bir-bir zərbə yetiriblər. Nəticədə Kot-d'İvuar 9penalti zərbəsini dəqiq yerinə yetirib və çempion olub. Qeyd edək ki, ilk dəfə 1957-ci ildə təsis edilən Afrika Millətlər Kuboku iki ildən bir keçirilməkdədir.