Çimərlik güləşi üzrə millimizin baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.

 

Gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq.