Polşanın “Rakuv” klubunun futbolçusu Fran Tudor Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Kopenhagen”ə uduzduqdan (0:1) sonra “Qarabağ”la dueli xatırlayıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan təmsilçisiylə daha çox çətinlik yaşadıqlarını qeyd edib: "Kopenhagen"ə böyük hörmətim var. Amma məncə, "Qarabağ" bu mövsüm təsnifat mərhələlərində qarşılaşdığımız ən güclü komandadı. Danimarka klubu ilə matçda şansımızın olduğunu hiss etdik. "Qarabağ"la görüş çətin alınmışdı".

Xatırladaq ki, "Rakuv" "Qarabağ"a evdə 3:2 hesabıyla qalib gəlib, səfərdə 1:1 edərək mərhələ adlayıb.