Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku ilə bağlı paylaşım edib.

Sport24.az xəbər verir ki, AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb:

“Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq".

Dünya kuboku noyabrın 6-da başa çatacaq.