Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Ermənistan təmsilçisi Gevorq Qaribyanla üz-üzə gəlib. Sport24.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda son Avropa çempionu olan rəqibinə 5:1 hesabı ilə qalib gəlib.

Bununla da, Məmmədov yarımfinala yüksəlib. Ancaq o bu görüşdə Etienne Kinsinqerə (Almaniya) uduzaraq bürünc medal uğrunda yarışacaq. Muradın həmin qarşılaşmada rəqibi Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya) duelinin qalibi olacaq.