Güləş üzrə Əməkdar məşqçi Tariyel Nəsibov vəfat edib.  Sport24.az xəbər verir ki, Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş Nəsibov 73 yaşında dünyasını dəyişib.

O, dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub. Artıq məşqçiliklə məşğul olan Əliyev Qazax güləş məktəbinin ən yaxşı yetirmələrindən biridi.