Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Sport24.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.
Onlardan yalnız biri - Kamran Rəcəbli (72kq) fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.