Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Sport24.az xəbər verir ki, Azərbaycan yığması komanda hesabında dünya ikincisi olub.

1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığmamız 118 xal toplayıb.

Türkiyə (125) birinci, Serbiya (110) isə üçüncü yeri tutub.