Bakıda Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abu Şabananın rəhbərliyi altında məşqçilik və hakimlik seminarına start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən təlimlərdə 60-dan çox iştirakçı yer alıb.

 

İki gün davam edəcək seminar yerli mütəxəssislərin növbəti Olimpiya dövründə yeni qaydalara yiyələnməsi məqsədini daşıyır.