Yeniyetmələr arasında üçqat dünya çempionu, 2021-ci ildə komandalar arasında Avropa çempionu, Rusiya millisinin üzvü Lalə Kramarenko sevgilisindən ayrıldığını etiraf edib.

Sport24.az xəbər verir ki, o, bir neçə il idi fiqurlu konkisürmə yarışlarında çıxış edən Fyodor Varlamovla münasibətdə idi.

Milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenkonun qızı sosial şəbəkə hesabında ənənəvi "sual-cavab" rubrikası təşkil edib. Azarkeşlər ona müxtəlif suallar veriblər. Fyodor Varlamovla bağlı verilən suala isə Lalə cavab verərkən artıq ayrıldıqlarını bildirib.

Bundan başqa o, zədələrlə bağlı sualları da cavablandırıb. Sağalmaqda ona ailəsinin yardım etdiyini dilə gətirib.