Təmsilçilərimiz Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə "Dobrovolskiy" kubokunda 4 medal qazanıblar. Sport24.az xəbər verir ki, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

 

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıblar.

 

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.