Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası üzrə "Scalabis Cup" beynəlxalq turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

İkili mini-batut və tamblinq üzrə yarış iyulun 11-13-də baş tutacaq. Məşqçi Adil Hüseynzadənin rəhbərlik etdiyi tamblinq yığmamızda Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə və Aleksey Karataşov yer alıb.

 

Qeyd edək ki, yarışda təmsilçimiz Rahib Əliyev hakim kimi iştirak edəcək.