Rusiyanın "Matç TV" kanalının aparıcısı Anjelika Stubaylo yerli mətbuata açıqlama verib. Sport24.az xəbər verir ki, bədii gimnastika üzrə ikiqat dünya çempionu idman üçün darıxdığını söyləyib.

O, peşəkar karyerasını bitirdiyini rəsmən elan etməyib: "Karyeramı bitirdiyimi rəsmən elan etməmişəm. 2021-ci ildə başa çatıb. Buna səbəb isə zədə və əməliyyatlardır. Ancaq Bakıda təşkil edilən dünya çempionatı ilə yaxşı nöqtə qoydum. Bunun üçün peşman deyiləm. İdmansız mən o mən deyiləm. Darıxıram? Bəli, emosiya və adrenalin üçün darıxıram. Həyat davam edir".