Yubiley ilini uğurla başa vuran Azərbaycan Gimnastika Federasiyası bu ilin fevral ayından etibarən yenidən yerli və beynəlxalq yarışlar mövsümünə start verir. Sport24.az xəbər verir ki, federasiyanın təşkil edəcəyi ilk yarış fevralın 18 və 19-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku olacaq.

Artıq yarışın biletləri satışa çıxarılıb. Dünya Kubokunu canlı izləmək istəyən idman həvəskarları biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Qeyd edək ki, böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Ölkəmizi bu yarışda ötən il Bakıda təşkil olunan Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edəcək