Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

 

67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

 

Qeyd edək ki, dördgünlük yarışların yekununda ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.