Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, mərkəzi matçda "Araz-Naxçıvan" "Baku Fire" ilə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib - 4:1

Hesabat turunda "Neftçi İK" "Record club"u darmadağın edib - 36:3.

"Yasamal Bakı" isə U-19-a şans verməyib - 7:5.

Bu nəticələrdən sonra xallarının sayını 34-ə çatdıran "Araz-Naxçıvan" liderliyini möhkəmləndirib. "Baku Fire" 27 xalla ikinci, "Neftçi İK" 26 xalla üçüncü pillədə qərarlaşıb.

"Yasamal Bakı" 14 xalla dördüncü, U-19 6 xalla beşinci, "Record club" 4 xalla altıncı sıradadır.