Bu gün futzal üzrə Yüksək Liqada yeni – 2022/23 mövsümünə start verilib.

Sport24.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyunundan əvvəl dövlət himni səsləndirilib.

Sabah – 27 sentyabr Anım günü ilə əlaqədar “Şəhidlər olməz, Vətən bölünməz!” plakatını əllərində tutan oyunçular Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqlik sükutla yad ediblər.

Mövsümün ilk oyunu olan “Baku Fire” – “Neftçi” İK qarşılaşmasında qapılara qol vurulmayıb.