Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Moldova ilə oyununun başlanma saatı açıqlanıb. Sport24.az xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Xatırladaq ki, qrupun ilk iki oyununda Slovakiya və Yunanıstana qalib gələn milli 6 xalla liderdi.