Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək.

Maraqlıdı ki, matçın əsas hakimi qadın referi - İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən Knyaz Əmiraslanov olacaq.
Fevralın 2-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu isə Niderlanddan olan hakimlərə tapşırılıb. Duelin birinci hakimi İbrahim El Jilali, ikinci referisi Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.