Futzal üzrə Azərbaycan milli komandası ötən gecə Moldova ilə oyunda qazanılan qələbə sayəsində Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Sport24.az xəbər verir ki, aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pillədən birini təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir.  Bununla da milli komandamız tarixində ardıcıl 6-cı dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan yığmasından başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.