DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sentyabrın 15-də Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir. Sport24.az xəbər verir ki, bu gün “Romeo lamandi” arenada 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyib.

Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya – Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və "CBC Sport"la canlı yayımlanacaq.