Ağatahir Əzimov seleksiyaçı-məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, son 4 ildə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuş mütəxəssis gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.

Qeyd edək ki, uzun müddət Azərbaycan millisinin üzvü olmuş 49 yaşlı Əzimovun rəhbərliyi altında U-19 3 dəfə Avropa çempionatının əsas mərhələsində iştirak edib.