Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/2021-ci il mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında (ÇL) çıxış edəcək klub müəyyənləşib. Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə ÇL-də çıxış edəcək klubun müəyyənləşdirilməsi AFF-yə tapşırılmışdı.