Futzal üzrə Azərbaycan millisi bu gün Avro-2026-nın əsas mərhələsində növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 5-ci turda İsveçin qonağı olub. Millimiz görüşdə 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, 5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla 2-ci, İsveç 4 xalla 3-cü, Azərbaycan 2 xalla 4-cüdür. Qrupdan çıxmaq şansı olmayan Azərbaycan millisi son oyununu aprelin 15-də Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək..
11 aprel
21:00.İsveç – Azərbaycan - 4:3
Qollar: Fredrik Söderqvist, 10:23, 36:41, Petrit Zhubi, 14:59, Donat Qaşi, 38:03 // Oktay Rüstəmli, 1:07, 1:46, Rüstəm Bağırov, 11:50
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə)
"Helsinqborq Arena"