Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub. Sport24.az xəbər verir ki, bu gün "Neftçi" İK-nı 6:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" titula sahib çıxıb.

 

Komanda tarixində 19-cu dəfə ölkə çempionu adına sahib çıxıb. 

 

"Araz-Naxçıvan" 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı "Neftçi" İK-nın 43 xalı var.

 

Qeyd edək ki, "qırmızı-ağlar" 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.