Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu aprelin 14-də Bakı İdman Sarayında keçirəcək Azərbaycan millisi Yunanıstan yığması ilə üz-üzə gələcək.

Sport24.az xəbər verir ki, saat 19:00-da start götürəcək görüşü Ukraynadan olan hakimlər idarə edəcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Təyinatları təqdim edirik:

Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan).
Timekeeper: Hikmət Qafarlı (Azərbaycan).
Hakim-inspektor: Andreas Demetriu (Kipr).