"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, 19 qat ölkə çempionu Şimali İrlandiyanın "Sparta Belfast" klubu ilə üz-üzə gələcək.

 

Avstriyanın Linz şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunları Linz şəhərində keçiriləcək. Komanda sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək.