"Lion"un Gürcüstan millisinin hücumçusu Georgi Mikautadze karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
"Vilyarreal" 24 yaşlı forvard üçün 30 milyon avroluq rəsmi təklif hazırlayıb. İspaniya klubu yaxın günlərdə bu təkliflə "Lion"un qapısını döyməyə hazırlaşır.
Qeyd edək ki, Mikautadze cari mövsümdə Liqa-1-də iki oyuna çıxıb və 1 qolla yadda qalıb. Gürcü futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır.