"Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytisin rəhbərlik etdiyi Litva yığması Avropa çempionatına uğurlu start verib. Sport24.az xəbər verir ki, onun başçılıq etdiyi komanda Böyük Britaniya ilə qarşılaşıb.

 

B qrupunda yer alan Litva millisi 94:70 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Kurtinaytisin rəhbərlik etdiyi kollektiv 2-ci turda avqustun 29-da Monteneqro ilə qarşılaşacaq.