AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. Sport24az xəbər verir ki, R.Nəcəf tarixi uğurla bağlı paylaşım edib:

 

"Qarabağ" futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm.

 

Uğurlar "Qarabağ"!