Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşib. Sport24.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda "Ferensvaroş"la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

 

Ağdam klubu iilk matçda 3:1 hesablı qələbə qazandığı üçün tarixində 2-ci dəfə ÇL-in əsas mərhələsinə yüksəlib.

 

 

Həmçinin Türkiyə "Fənərbaxça"sı "Benfika"ya məğlub olaraq mübarizəni dayandırıb. "Kopenhagen" "Bazel", "Brügge" isə "Reyncers" səddini aşıb.

 

Xatırladaq ki, ötən gecə "Kayrat", "Pafos" və "Budo-Qlimt" Liqa mərhələsinə vəsiqə əldə ediblər. 

 

27 avqust

 

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3

 

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 - pen. (2:2), Tof, 81 (2:3)

 

İlk oyun - 3:1

 

23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0

 

Qollar: Kornelyus, 46, Mukoko, 84-pen

 

İlk oyun - 1:1

 

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 1:0

 

Qol: Aktürkoğlu, 35

 

İlk oyun - 0:0

 

23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0

 

Qollar: Tresoldi, 5, Vanaken, 32, Seys, 41, 45, Stankoviç, 45+2, Tzolis, 50

 

İlk oyun - 3:1