Qitənin ali futbol qurumu (UEFA) Çempionlar Liqasında 2025/26 mövsümünun qarşıdakı oyunlarında istifadə olunacaq topu təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sözügedən top final da daxil olmaqla, pley-off mərhələlərinin matçlarında istifadə olunacaq.
Qeyd edək ki, ÇL-in 2025/26 mövsümünün final görüşü mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.