Bu gün Bakıda 3x3 basketbolu üzrə Dünya Qadın Seriyası çərçivəsində Səbail mərhələsi start götürəcək. Sport24.az xəbər verir ki, Fəvvarələr Meydanında baş tutacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

 

B qrupunda yer alan basketbolçularımız öncə Çexiya, ardınca Filippinlə üz-üzə gələcək.

 

Dünya Qadın Seriyası
Səbail mərhələsi
23 avqust

18:30. Çexiya – Azərbaycan
20:10. Azərbaycan – Filippin

 

Qeyd edək ki, qrup mərhələsində ilk 2 yeri tutacaq komanda 1/4 finala yüksələcək. Həlledici görüşlər sabah keçiriləcək.