"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Şotlandiyanın "PYF Saltires" klubu ilə üz üzə gələcək. 

 

Avstriyanın Linz şəhərində keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

 

Naxçıvan təmsilçisi ilk oyunda Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandanın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu matçını avqustun 30-da yerli "Ljuti Krajişniçi" klubuna qarşı keçirəcək.