"Qarabağ"ın futbolçusu Leandro Andrade avrokuboklarda 10-cu qolunu vurub. Sport24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yubiley topuna ötən gün Bakıda Macarıstan təmsilçisi "Ferentsvaroş"a uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda imza atıb.

O, bu rəqəmə 49-cu avrokubok qarşılaşmasında çatıb.

Andrade sözügedən görüşün 25-ci dəqiqəsində hesabı bərabərləşdirmişdi.

Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə üstələyən "Qarabağ" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.