Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferlərini reallaşdırıb. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Hazırlığa dünəndən başlayan komanda Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın "Loznitsa Qrad" klubundan "qırmızı-ağlar"a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir.
"Araz-Naxçıvan"ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi "Torpedo-2"nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu transferlərə qədər braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.