Ötən ilə qədər Mühəndislər Kubokunda “Red Bull”un əsas rəqibi olan “Mersedes” artıq mübarizədən qopub. Sport24.az xəbər verir ki, keçən mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən Almaniya komandasdı bu il də ümidləri doğrultmur. “ə

"Red Bull”un rəhbəri Helmut Marko da artıq əsas rəqiblərindən birinin sıradan çıxdığını qəbul edir: “Bu mövsüm “Mersedes” titul əldə edə bilməyəcək. Bu komandanın bolidində müəyyən problemlər var və onlar bu qış nöqsanları aradan qaldıra bilmədi. İki-üç maşının proyektini hazırlamaq mümkün deyil. İndiki büdcə limitini bunu reallaşdırmaq ümumiyyətlə çətindir. Onların bolidləri rəqabətədavamlı olmayacaq”.

Xatırladaq ki, Formula 1 üzrə mövsümün ilk Qran-prisində “Mersedes” pilotları Lüis Hemilton və Corc Rassell müvafiq olaraq 5 və 7-ci yerləri tutmuşdu.