'Formula-1 üzrə dördqat dünya çempionu, əfsanəvi Alen Prost Serxio Peresin ''Red Bull''dakı mövqeyi barədə açıqlamalar verib. Sport24.az xəbər verir ki, çoxları komanda yoldaşı Maks Ferstappenin kölgəsində qalan Peresin potensialına və bacarığına şübhə ilə yanaşır.
Elə ''Red Bull''un baş məsləhətçisi Helmut Marko da mövsümün sonunda meksikalı pilotla vidalaşacaqlarını istisna etməyib. Prostrun fikrincə, bir pilotun başlıca hədəfi komandadakı balansı öz xeyrinə dəyişmək olmalıdı: "Amma Peres buna cəhd etməməklə səhvə yol verir. O, elə etməlidi ki, Ferstappen ona rəqib gözü ilə baxaraq onun haqda düşünməyə başlasın. Belədə komanda daxilində də Peresə olan baxış tərzi dəyişəcək. Düzdü, komandadakı durumu nəzərə alanda bu, çox çətin, hətta mümkünsüz bir hədəf kimi görünür. Amma ən azından buna cəhd göstərməlidi. İlk növbədə hər yarışdan sonra Maksın qələbə istəyindən yox, özünün qələbə istəyindən danışmalıdı''.